Təzyiqlərə tab gətirməyən prezident istefa verdi

tezyiqlere-tab-getirmeyen-prezident-istefa-verdi
Oxunma sayı: 1285

Cənubi Afrika Respublikası prezidenti Ceykob Zuma istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, doqquz ildir hakimiyyətdə olan Zuma korrupsiya qalmaqalı və ölkənin hakim “Afrika milli konqresi” partiyası ilə münaqişəsi səbəbindən postunu tərk edib.  

Qeyd edək ki, həftənin əvvəli hakim partiya prezidentə istefa verməsi üçün iki sutka vaxt vermişdi. Zuma tələbə əməl etməyib daha üç ay postunda qalmaq istədiyini bildirmişdi. Lakin icraiyyə komitəsi prezidentin bu xahişini rədd etmişdi.