“The New York Times” Fətullah Güləndən yazdı

the-new-york-times-fetullah-gulenden-yazdi-
Oxunma sayı: 684

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Türkiyə ilə əlaqəli məktəblər Texasda genişlənir” başlıqlı xəbərdə Gülənin təhsil şəbəkələri və müəllimlər üçün alınan xüsusi vizaları gündəmə gətirilib. Xəbərdə, həmçinin “Charter” adı verilən və ictimai mənbələrlə birgə işlədilən özəl məktəblərdən, inşaat fəaliyyətlərinə, xüsusi viza ilə gətirilən müəllimlərdən, məktəblərdəki şagirdlərin müvəffəqiyyətinə qədər mövzular əhatə olunub. “The New York Times” Fətulla Gülənin xarizmatik bir Türk Vaiz olduğu və özünü İslamın “mülayim” üzünü bütün dünyaya yayaraq dini, sosial və milliyyətçi bir hərəkət qurmaqa həsr etdiyini qeyd edib. Gülən hərəkatı ilə əlaqəli olduğu iddia edilən ABŞ-ın 25 əyalətində fəaliyyət göstərən 120 məktəbin əksər amerikalı şagirdlərin müvəffəqiyyət qazana bilmədikləri elm və riyaziyyat sahələrində ciddi təhsil verdiyi fikirləri irəli sürülüb.

Xəbərdə “Charter” adı verilən və Harmony adıyla tanınan bu məktəblərin digər ictimai məktəblərlə müqayisədə şagird başına 1-2 min dollar arası daha az xərc tələb etdikləri üçün dövlət tərəfindən də üstünlük verildikləri bildirilib.

Səidə Teyyubqızı