THY 16 yaşlı sərnişinə görə 35 min manat xərclədi

thy-16-yasli-sernisine-gore-35-min-manat-xercledi
Oxunma sayı: 2066

Türk Hava Yollarına aid İstanbuldan Montreala uçan təyyarə 16 yaşlı sərnişininə görə təxminən 35 min manatlıq yanacaq xərcləyib.

“Qafqazinfo” xəbər verir ki, uçuşdan br neçə saat sonra epilepsiya xəstəsi olan 16 yaşlı qız huşunu itirib. Pilot Atatürk hava limanına dönmək qərarı alıb. 

Lakin eniş üçün lazımi ağırlıq səviyyəsinə düşmək üçün təyyarə 7 saat 20 dəqiqə Mərmərə dənizi üzərində uçuş edib. Bu, THY təyyarəsinə 75 min TL-yə başa gəlib. Saat yerli vaxtla 15:32-də havaya qalxan təyyarə 22:55-də enib. 

16 yaşlı sərnişinin vəziyyətinin isə yaxşı olduğu bildirilir.