Tibb bacısını maşın vurub

tibb-bacisini-masin-vurub
Oxunma sayı: 1009

Gəncədə tibb bacısını avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Müharibə və Əmək Veteranları poliklinikasında tibb bacısı işləyən 1970-ci il təvəllüdlü Babayeva Sevda Nurəddin qızı yolu keçmək istəyən zaman maşın vurub.

Xəsarət alan qadın sürücü tərəfindən xəstəxanaya aparılıb. 

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Elmar Əli