Tibb sahəsi üçün önəmli qərar

tibb-sahesi-ucun-onemli-qerar
Oxunma sayı: 672

Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək.

“Qafqazinfo” xəbər verir ki,  bununla bağlı  məsələ bu gün  Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Belə ki,  bu dəyişiklik “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.

Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.

Günel Türksoy