Tibb Universitetinə daxil olmaq üçün 7500 manat verdi, aldadıldı

Tibb Universitetinə daxil olmaq üçün 7500 manat verdi, aldadıldı
Oxunma sayı: 1501

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib. 

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Sabirik Harzaqahi Əli Məhəmmədhüseyn oğlu Nəsimi rayon 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi olan tanışı Fərhad Fərhadyan onu Bakıda fəaliyyət göstərən Tibb Universitetinə qəbul etdirəcəyinə vəd verib. Bu məqsədlə 22 yaşlı Sabirik Harzaqahi Fərhadyana 7500 manat pul verib. Lakin o, daha sonra aldadıldığını görərək polisə müraciət edib.

Müraciət əsasında araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi