Ticarət mərkəzindən qızıl sırğa oğurlamaq istədi

ticaret-merkezinden-qizil-sirga-ogurlamaq-istedi
Oxunma sayı: 2405

Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlamağa cəhd göstərmiş şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da aşkarlanıb.

Araşdırma aparılır.