Tillerson istefa verməyəcəyini açıqladı

tillerson-istefa-vermeyeceyini-aciqladi
Oxunma sayı: 759

ABŞ dövlət katibi Reks Tillerson öz postundan getməyi planlaşdırmadığını açıqlayıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Tillerson prezident Donald Tramp onu vəzifəsində saxlayana qədər Dövlət Departamentində işləyəcəyini bildirib. 

“Dövlət Departamentindən harasa getməyə hazırlaşmıram”, - deyə Tillerson vurğulayıb.

Qeyd edək ki, “CNN” telekanalı R. Tillersonun istefaya gedəcəyinə dair xəbər yayıb.