Tillerson Lavrov və Çavuşoğlu ilə Suriyadan danışdı

tillerson-lavrov-ve-cavusoglu-ile-suriyadan-danisdi
Oxunma sayı: 1121

ABŞ dövlət katibi Reks Tillerson Rusiya  və Türkiyə Xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu ilə telefon vasitəsilə əlaqə saxlayıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, Amerika tərəfi Suriyada son vaxtlar baş vermiş hadisələr və hərbi əməliyyatların artmasına görə çox narahat olduğunu bildirib.

ABŞ bütün tərəflərin gücünü İŞİD-ə qarşı mübarizəyə və Suriyadakı sülh və sabitliyin təmin olunmasına yönəltməyə çağırıb.