Tillerson Türkiyədədir - Foto

tillerson-turkiyededir
Oxunma sayı: 1343

ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə işgüzar səfəri başlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dövlət katibini gətirən təyyarə az öncə “Esenboğa” hava limanına enib.

Tillersonun axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olacaq. Sabah isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələr aparacaq.

Hər iki görüşdə ABŞ-ın PKK/PYD/YPG/İŞİD terror qruplaşmalarına verdiyi dəstək əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, R.Tillerson 11 fevralda başlayan Yaxın Şərq səfəri çərçivəsində Misir, Küveyt, İordaniya və Livanı ziyarət edib.