Timati də “Dağıstan qalmaqalı”na qarışdı

timati-de-dagistan-qalmaqalina-qarisdi
Oxunma sayı: 3477

Repçi Eqor Kridin Dağıstana buraxılmaması Rusiyada yeni qalmaqalın yaranmasına səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, Eqorun Maxaçqaladakı  konsertinin ləğvi barədə məşhur  dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədov mövzunu şərh edib. O deyib ki, Eqorun gəlməməyi Dağıstan xalqı üçün böyük bir itki deyil. Döyüşcü, həmçinin “Black star” musiqi şirkəti ilə əməkdaşlıq edən bütün ifaçıları təhqir edib. 

Bundan sonra şirkətin digər üzvü, Timati ləqəbli reper Timur Yunisov mövzuya münasibət bildirib:

“Başqasının fikirlərinə hörmət etmək lazımdır. Axına qoşulmaq, hansısa ifaçı barədə fikirlər səsləndirmək düzgün deyil. Biz sənin fanatlarına demirik ki, döyüşlərini izləməsinlər. Mənə qalsa, bu, axmaqlıqdır”.