Timati hamilə sevgilisini göstərdi - Fotolar

Timati hamilə sevgilisini göstərdi
Oxunma sayı: 4904

Rusiyanın məşhur reperi Timati (Timur Yunisov) ikinci dəfə ata olacaq. 

“Qafqazinfo” xəbər verir ki, o, sevgilisi Anastasiya Reşetovanın hamilə olmasını İnstaqram hesabında etdiyi son paylaşımla təsdiqləyib. Bundan əvvəl cütlük, yayılan məlumatlara baxmayaraq, bu barədə açıqlama vermirdi.

Timati Anastasiya ilə bir neçə foto paylaşıb ki, orada da sevgilisinin yumrulanmış qarnı nəzərə çarpıb.

Qeyd edək ki, reperin Alyona Şişkovadan 5 yaşlı Alisa adlı qız övladı da var.










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi