“Time” Camal Kaşıkçını ilin adamı elan etdi - İlk dəfə...

time-camal-kasikcini-ilin-adami-elan-etdi
Oxunma sayı: 1235

“Time” jurnalı “İlin adamı” nominasiyası üzrə qalibi elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə nüfuzlu titulun qalibi Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçı olub. Bununla da, ilk dəfə olaraq ölmüş şəxs jurnal tərəfindən bu mükafata layiq görülüb. 

“Time” jurnalistlərin fəaliyyətini vurğulamaq məqsədi ilə mükafatı bu il Kaşıkçıdan başqa, daha bir neçə KİV əməkdaşına həsr edib. 

Mükafata layiq görülən digər jurnalistlər – filippinli müxalifyönlü jurnalist Mariya Ressa, 7 il həbs cəzası alan “Reuters”in əməkdaşları Va Lon və Kyau Co Oo və redaksiyada güllələnən "The Capital Gazette”nin beş jurnalistidir. 

Qeyd edək ki, namizədlərin builki siyahısında Rusiya və ABŞ liderləri –Vladimir Putinlə Donald Trampın da adı olub.