Timoşenko prezidentliyə namizəd olacaq

timosenko-prezidentliye-namized-olacaq
Oxunma sayı: 1725

Ukraynada 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədlər arasında Yuliya Timoşenko da olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “News One” telekanalı məlumat yayıb.

“Mən prezident postu uğrunda mübarizə aparacam. Biz ölkəni ayaqları üstə durması üçün qalib gələcəyik”,-deyə siyasətçi xanım söyləyib.

O, hazırki prezident Petro Poroşenkonu müdafiə xərcləri adı altında çirkli pulların yuyulması ilə məşğul olmaqda ittiham edib.