Timoşenko prezidentliyə namizəd olacaq

timosenko-prezidentliye-namized-olacaq
Oxunma sayı: 1236

Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenka prezidentliyə namizədliyini verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi “NewsOne” kanalında açıqlama verib. O, “ Biz ölkəni ayaqda saxlamaq üçün qələbə qazanacağıq”,-deyib. Timoşenko onu da əlavə edib ki, əvvəllər prezident postunda Viktor Yuşenkonu,  baş nazir kimi isə Arseni Yaçenyuku dəstəkləyib. 

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ildə keçiriləcək.

Aysel Kərimova