Timoşenkoya qarşı yeni ittiham

timosenkoya-qarsi-yeni-ittiham
Oxunma sayı: 667

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Ukraynanın Dövlət Vergi Xidməti Timoşenkonu 165 milyon dollarlıq gəlirini gizlətməsi, büdcə vəsaitlərini oğurlanmaq və vergi ödənişindən boyun qaçırmaqla 5.8 milyon dolları mənimsəməkdə günahlandırıb. Qeyd edək ki, ittihamlar Timoşenkonun 1996-97-ci illərdə “Ukraynanın vahid energetika sistemləri” korporasiyasına rəhbərlik etdiyi dövrü əhatə edir.

Xatırladaq ki, keçmiş baş nazir “qaz məsələsi” ilə bağlı olaraq hazırda 7 il azadlıqdan məhrum edilib. Timoşenkonun vəkili çıxarılan hökmdən apelyasiya, kassasiya məhkəmələrinə, həmçinin insan hüquqları üzrə Avropa məhkəməsində şikayət etməyə söz verib.