Timsah ovçulara belə hücum etdi - Video

timsah-ovculara-bele-hucum-etdi
Oxunma sayı: 4437

Avstraliyada timsah qaban ovuna çıxan iki nəfərə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kadrlardan timsahın çayı keçən ovçulara hücum etdiyi görünür. Sudan tez çıxan ovçulardan biri odlu silahla yırtıcıya 5 dəfə atəş açır. Atəş nəticəsində timsah öldürülür.

Qeyd edək ki, Avstraliyanın şimalında timsahlar yerlilər üçün xüsusi əhəmiyyət kəsb edən qorunan növü hesab edilir.