Tiqran Sarkisyan: “Azərbaycan əlaqələrinin normallaşmasında maraqlıyıq”

tiqran-sarkisyan-azerbaycan-elaqelerinin-normallasmasinda-maraqliyiq
Oxunma sayı: 760

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın baş naziri Tiqran Sarkisyan Venada Dünya İqtisadi Forumunun iştirakçılarının suallarını cavablandırarkən belə deyib. O qeyd edib ki, ATƏT-in Minsk qrupu Dağlıq-Qarabağ probleminin həllində uğura yaxındır və buna sübut kimi ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatlarını misal göstərmək olar. Nazirin sözlərinə görə, Ermənistan tərəfi bəyanatın əsas müddəaları ilə razıdır və qərarın tez həllini tapması üçün siyasi iradə göstərməyə hazırdır: “Bizim zənnimizcə bunun üçün bütün ilkin obyektiv şərtlər var. Azərbaycan partnyorlarımızın da, həmçinin sonrakı danışıqlar üçün əsas olacaq siyasi iradə və razılaşmanı imzalamaq üçün hazırlıqlı olduqlarını göstərmələri lazımdır”.

Səidə Teyyubqızı