TIR dairəyə çırpıldı, yanacağı yola töküldü

TIR dairəyə çırpıldı, yanacağı yola töküldü
Oxunma sayı: 610

Yevlax rayonunda yük avtomobili qəzaya uğrayıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin mərkəzində baş verib.
 
“TM AH 20 33 TR” dövlət nömrə nişanlı yanacaq daşıyan TIR yolun ortasındakı dairəyə çırpılıb. Qəza zamanı yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
 
Yük maşınının sürücüsü, 1979-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Habidqullayev Təkmuhamməd Niyazməhəmməd oğlu xəstəxanaya aparılıb. Onun həyatına təhlükə olmadığı bildirilir. 
 
Hadisənin səbəbləri araşdırılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi