“TIR” yandı, sürücü xəsarət aldı

“TIR” yandı, sürücü xəsarət aldı
Oxunma sayı: 550

Yevlax rayonunda yük maşınında baş vermiş yanğın zamanı sürücü xəsarət alıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 292-ci kilometrliyində, Yevlax şəhər ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdi Mətləb oğlu Mirzəyevin idarə etdiyi "TIR" markalı yük maşınının kabinəsi hələ ki bilinməyən səbəbdən alışıb. Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarəti alıb.

Olay yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub və yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi