“Titanik”in xilasına 30 saniyəsi çatmayıb

titanikin-xilasina-30-saniyesi-catmayib
Oxunma sayı: 647

“Zabit çeviklik göstərsəydi “Titanik” xilas ola bilərdi” - Amerikalı tarixçi-mühəndis Semuel Xellerin rəhbərlik etdiyi tədqiqat qrupu bu qənaətə gəlib. Zabit Uilyam Merdokun 30 saniyə ərzində aysberqə baxıb nə edəcəyini düşünməsi 1,5 min insanın həyatını itirməsi ilə nəticələnib. Xellerin tədqiqatı 1912-ci ilin aprelində İngiltərənin Sautqempton limanından Nyu-Yorka hərəkət edən “Titanik”ın sağ qalan ekipaj üzvlərinin ifadələrinə əsaslanır.

Son texniki məlumatlara görə, “Titanik” manevr etməyə toqquşmadan 20 saniyə əvvəl başlayıb. Həmçinin, xəbərdarlıq vaxtı aysberqin gəmidən 700 m. aralıda olduğu müəyyən edilib. Buna görə də gəminin məhvində zabitin 30 saniyəlik ləngiməsi həlledici amil olub. Tədqiqatçılar Ceyms Kameronun çəkdiyi “Titanik” filmindəki kimi zabitin özünü güllələmədiyini və gəmidə batdığını da qeyd ediblər.

az.itv.az