Tıxacın ən çox olduğu şəhərlər açıqlandı - Siyahı

tixacin-en-cox-oldugu-seherler-aciqlandi
Oxunma sayı: 2649

INRIX araşdırma şirkəti yollarda tıxacın ən çox qeydə alındığı şəhərlərin 2017-ci il üzrə siyahısını tərtib edib.

“Qafqazinfo” qurumu saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində ABŞ-ın Los-Anceles şəhəri yer alıb.

İkinci pilləni Rusiyanın paytaxtı Moskva, üçüncü pilləni isə ABŞ-ın digər böyük şəhəri Nyu-York tutub.

ABŞ ümumilikdə ən çox tıxac qeydə alınan ölkə kimi də öndədir. Belə ki, ilk 10 ölkə arasına bu ölkənin 5 şəhəri daxil olub.

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.