“Tofaş” “Mercedes"lə toqquşub - Yaralanan var

tofas-mercedesle-toqqusub
Oxunma sayı: 647

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “APA”ya  istinadən xəbər verir ki, Nərimanov rayonu Heydər Əliyev prospektində “Tofaş” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Birinci dərəcəli yolda yüksək sürətlə hərəkət edən “Tofaş” idarəetməni itirib və yolayırıcı bordürü aşaraq ikinci dərəcəli yolun kənarında dayanmış “Mercedes”ə çırpılıb. “Tofaş”ın sürücüsü Valeh adlı şəxs xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.