Tofiq Bəhramov stadionu açılışa hazırlanır

tofiq-behramov-stadionu-acilisa-hazirlanir
Oxunma sayı: 660

“Qafqazinfo”nun “Futbol+”ə istinadən verdiyi xəbərə görə, arenada son hazırlıq işləri gedir.

Stadionun direktoru Akif İsmayılov son durum haqqında bunları bildirib: “İnşaat işləri yekunlaşıb.Hazırda stadionun çöl hissəsində asfaltlama işləri gedir. Burada maşınların dayanması üçün də şərait yaradılacaq. Müasir kassalar qurulub. Rəsmi açılış iyulun 20-nə kimi baş tutacaq. Amma stadionda ilk oyun avqustun 10-dan sonra keçirilə bilər. Çünki ot örtüyü bərkiməlidi. “Neftçi” və “Bakı” isə stadionun xidmətindən istifadə etməyəcək. Çünki indiyədək əməkdaşlıq barədə təklif irəli sürülməyib”.