Tofiq Heydərovdan həbs xəbərinə reaksiya

tofiq-heyderovdan-hebs-xeberine-reaksiya
Oxunma sayı: 3855

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərov özü ilə bağlı dünən yayılan məlumatlara reaksiya verilib.

Onun həbs edilməsi və şirkətdə yoxlamaların başladılması xəbəri mətbuat katibi tərəfindən təkzib edilmişdi. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, T.Heydərov feysbukda bu məsələyə fərqli tərzdə cavab verib. O, “Azərbaycan mətbuatı Nəsimi filminə bənzəyir. Görəsən, bu neçənci Tofiq Heydərovdu həbs edirlər” deyə rəy yazıb.

Qeyd edək ki, Tofiq Heydərovun həbs olunması ilə bağlı xəbəri ölke.az saytı yaymışdı.