Tofiq Kazımovun məzarı ziyarət olundu - Fotolar

Tofiq Kazımovun məzarı ziyarət olundu
Oxunma sayı: 1635

Akademik Milli Dram Teatrının və Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivi Fəxri xiyabanda xalq artisti, Azərbaycanın görkəmli rejissoru Tofiq Kazımovun məzarını ziyarət edib. 

“Qafqazinfo” xəbər verir ki, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov çıxış edərək, Tofiq Kazımovun Azərbaycan teatrının inkişafındakı  rolundan danışıb.

Qeyd edək ki, 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov bu teatrın səhnəsində yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol oynayıb. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi