Tofiq Yaqublu “Müsavat”dakı vəzifəsindən çıxarıldı

tofiq-yaqublu-musavatdaki-vezifesinden-cixarildi
Oxunma sayı: 3631

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib. 

“Qafqazinfo”nun məlumatına görə, T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır:
 
“Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram”, - deyə o vurğulayıb. 
 
T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.