Tofiq Yaqublunun ev dustaqlığına buraxılması üçün müraciət olunub

tofiq-yaqublunun-ev-dustaqligina-buraxilmasi-ucun-muraciet-olunub
Oxunma sayı: 643

Vəkil Akif Əlizadə martın 1-də “Media forum” saytına deyib ki, Nəsimi Rayon Məhkəməsinə vəsatət veriblər: “Tofiq Yaqublunun həbsdə saxlanmasına əsas və zərurət yoxdur. Onun daimi yaşayış yeri, qeydiyyatda olduğu mənzil var. Həbsdən əvvəl istintaqla könüllü əməkdaşlıq edib. Tofiq Yaqublunun qaçıb gizlənməsi, istintaqın gedişinə təsir göstərməsi ehtimalı və imkanları yoxdur. Ona görə də həbs qərarı ev dustaqlığı ilə əvəz olunmalıdır”.

Tofiq Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır. Fevralın 4-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə ittiham olunur.