Toğrul Əsgərovdan dopinq açıqlaması

Toğrul Əsgərovdan dopinq açıqlaması
Oxunma sayı: 69

London-2012 Yay Olimpiya Oyunlarının çempionu Toğrul Əsgəov dopinqlə tutulması xəbərinə münasibət bildirib. 

“Qafqazinfo” nun məlumatına görə, Toğrul bildirib ki, istifadəsi qadağan olunan hər hansı bir preparatdan istifadə etməyib:

“İlin əvvəlində Hindinstanda iştirak etdiyim Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik zamanı çox güman ki, orqanizmimə belə maddə düşüb. Dopinqdən tamam uzaq idmançıyam, hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qalmışam və yenə də sadiq olacağam. Azarkeşlər narahat olmasın, onsuz da zədəmlə bağlı bir müddət güləşməyəcəyəm. Əməliyyat olunmalıyam. Böyük qələbələr hələ irəlidir, inşallah, tam sağaldıqdan sonra yenidən böyük uğurlara imza atacağam”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi