Tokay Məmmədov dünyasını dəyişdi

tokay-memmedov-dunyasini-deyisdi
Oxunma sayı: 3211

Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov vəfat edib. "Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, 91 yaşlı xalq rəssamı bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Tokay Məmmədovla vida mərasiminin keçiriləcəyi məkan və dəfn olunacağı yer dəqiqləşdirilir. Tokay Məmmədov Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.   

O,yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.

Rəssam 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib.

Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.