Tokayevin inauqurasiyası oldu - Fotolar

Tokayevin inauqurasiyası oldu
Oxunma sayı: 902

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərində 70,76 faiz səslə qalib gələn Kasım-Jomart Tokayevin bu gün andiçmə mərasimi baş tutub.

“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, inauqurasiya Nur-Sultanda yerləşən Müstəqillik sarayında olub.

Mərasimə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev, hökumət üzvləri və digər dövlət rəsmiləri qatılıb. 

Tokayev and içərək xalqa vicdanla xidmət edəcəyini bildirib. Bu gündən etibarən o, rəsmən Qazaxıstanın Prezidenti kimi fəaliyyətə başlayıb.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi