“Tolerantlıq Kuboku”nun qalibi “İmam Rza” oldu

tolerantliq-kubokunun-qalibi-imam-rza-oldu
Oxunma sayı: 669

Dini komitədən "Qafqazifo"ya verilən məlumata görə, oyunu izləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Odlar Yurdu təşkilatının sədri İlham Nağıyev, Tükiyə Liviya, Fələstin səfirliklərinin nümayəndələri, Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi, yəhudi, xristian icmalarının nümayəndələri, BDU-nin prorektoru Aydın Kazımzadə, dünya şöhrətli fotoqraf Rza bəy Dəqati, media nümayəndələri də gəlmib.

Dövlət Himni səsləndirilkdən sonra finala vəsiqə qazanmış komandalar – Məşədi Dadaş (Nəsimi) və İmam Rza (Binə) meydanda öz yerlərini alıblar. Gərgin mübarizə şəraitində keçən oyunda İmam Rza komandası 4:3 hesabı ilə qalib gələrək “Tolerantlıq Kuboku” nun sahibi olub.

Rəsmi bağlanış mərasimində çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən olan “Tolerantlıq Kuboku” uğrunda mini futbol turniri ölkəmizdə ilk dəfə keçirilir. “Bu gün Azərbaycanda dinlərarası münasibətlər özünün ən yüksək səviyyəsindədir. Dünya praktikasında nadir hallarda rast gəlinən bu nümunənin Azərbaycana məxsus olması sevindirici haldır. Məsələn, biz bir neçə gün əvvəl müxtəlif dinlərə mənsub olan icmaların birlikdə ağacəkmə aksiyası keçirdiklərinin şahidi olduq. Bu gün isə burada birlikdə futbol oynayırlar. Bu ölkəmizdəki dinlərarası münasibətlərin tolerantlığın ötəsində olduğunun göstəricisidir.”
Daha sonra “Tolerantlıq Kuboku” uğrunda keçirilən mini futbol turnirinin mükafatlandırma mərasimi başlayıb. Səhnəyə öncə 3-cü yeri qazanmış “Ümid” qəsəbəsi dini icmasının komandası və ikinici yeri tutmuş Məşədi Dadaş komandasına medallar təqdim edilib.