Tolik evlənməyə qız axtarır

tolik-evlenmeye-qiz-axtarir
Oxunma sayı: 654

ANS PRESS-in məlumatına görə, ilk evliliyi uğursuz alınan Tolik yenidən ailə qurmaq istəyir. Tolik “Lider” telekanalının “Rəngarəng” verilişində evlənməyə qız axtardığını deyib:

“Mənim evim var, lakin o boşdur. Orada qadın çatmır. Əgər mənimlə ailə qurmağa razı olacaq bir qız olarsa, istəyirəm ki, o, məni olduğum kimi qəbul eləsin. O, ilk növbədə anlamalıdır ki, mən ictimai şəxsəm və bunlar məndən asılı deyil. Əsl toy keçirmək istəyirəm. Ümid edirəm ki, bu dəfə bəxtim gətirəcək”.