Tolik kimi “vurub”?

tolik-kimi-vurub
Oxunma sayı: 652

Qafqazinfo xəbər verir ki, prodüser həmçinin müğənni Ayana xitabən bildirib ki, sosial şəbəkədə Brilliant Dadaşova haqda yazdığı fikirləri onun üzünə deməyə cəsarəti çatmaz: “Necə ki, Faiq Ağayev konsertə gəldi, amma oxumadan çıxıb getdi”.

Tolik Brilliant Dadaşovaya öz dəstəyini bu sözlərlə davam etdirib: “Brilliant xanım, qoy səni bəyənməyənlərin heç olmasa dırnağın qədər musiqidən anlayışları olsun. Kimi kişi hesabına brend geyinir, kimi Moskvada yəhudilər qarşısında sərxoşluq edir, kiminin də pornoqrafiyasından respublika danışır. Sən təksən Brilliant Dadaşova, bunu xalq bilir”.

Bu yazıda atmacanın bir ucunun müğənni Ayan Babakişiyevaya toxunduğu kimi fikirlər ortaya cıxıb. Ayan ötən gün Aygün Kazımovanı dəstəkləyən status paylaşmasından sonra bəzi insanlar Tolikin hədəfində Ayanın da olduğunu zənn ediblər. Lakin Tolik bu açıqlamanı jurnalistlərin Ayanın ünvanına yozmasına etirazını bildirməklə, növbəti açıqlamasını şəxsi İnstagram səhifəsində edib: “Hər yazdığım sözdən qalmaqal çıxatrmayın. İndi hamı elə bilir ki, mən bunu Ayan Babakişiyevaya yazmışam. Amma görmürsüz ki, Ayanla dostluğumuz da var. Brendi tək Ayan geyinmir. O qədər kişi tapıb onun hesabına brend geyinənlər var. Söz ünvanlayanda tam ünvanlayiram, ara vurmağın yeri yoxdu. Əgər Ayan Babakişiyeva dostluğumdadlrsa, deməli bu fikir qətiyyən ona aid deyil, olmayanlara aiddir”.