Tolik məşhur verilişin layihə rəhbəri oldu

tolik-meshur-verilisin-layihe-rehberi-oldu
Oxunma sayı: 2821

Tanınmış prodüser Tarix Əliyevə (Tolik) “Xəzər” telekanalında vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, o, həftənin beş günü yayımlanan “Hər şey daxil” verilişinin layihə rəhbəri olub. 

T. Əliyev eyni zamanda sözügedən proqramda Sevil və Sevinc Səfərovalarla birgə aparıcı kimi efirə çıxacaq. 

Qərar bu gün kanal daxili keçirilən iclasda verilib. 

Qeyd edək ki, Tolik bir müddət əvvəl Lider TV-dən ayrıldığını elan etmişdi.