Tolik Röya haqda dəhşətli status yazdı

tolik-roya-haqda-dehsetli-status-yazdi
Oxunma sayı: 870

“Müğənni Röyanın haqda mətbuatda yayılan xəbərlər doğrudur”

Bu sözləri öz Facebook profilində prodüsser Tolik Röyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda yayılan xəbərləri şərh edərkən bildirib.

“Bu xəbəri kim yazıb bilmirəm, amma demək istəyirəm ki, bu xəbərlərin 70% düzdür. Mən bu haqda danışmaq istəmirəm. Amma mən bu işin içində olmuşam, elə bu Əqid adlı şəxsin ucbatından mənim atam ürəyindən əməliyyat olundu. Ona görə də Allah Röyanın bəlasını versin. İnşallah bir gün bu haqda danışacam, amma hələ ki, susuram. Qurban olsunlar atama”, - deyə Tolik münasibət bildirib.

Qeyd edək ki, bu gün mətbuatda müğənni Röyanın hüquq-mühafizə orqanı əməkdaşları tərəfinən gözəllik salonundan bölməyə aparılması haqda məlumat yayılıb. Röyanın “Bandotdel”ə aparılmasında həmkarı Eltonun da adı çəkilir. İlkin ehtimallara görə, məsələyə polisin müdaxilə etməsinin əsas səbəbi Röya ilə Elton arasında baş verən mübahisəni aydınlaşdırmaq olub.

Olayda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri Əqid Bayroyevin də adı hallanır. Röyanın həmçinin Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını bildirilir./modern.az/