Tolikdən Natavana sərt sözlər- - "Ermənisifət, arzun ürəyində qalacaq"

tolikden-natavana-sert-sozler-
Oxunma sayı: 4889


“Qafqazinfo”nun məlumatına görə, Tolik sosial şəbəkədə Həbibini tənqid edib və onu erməni adlandırıb: 

“Bu ermənisifət, 40 yaşına çatmış Natavan Şamilqızı (soyadını yazmıram, çünki əsli bilinmir) məndən, Aygün xanımdan, Zorikdən şikayət eləyib. İndidən deyirəm, Allah vurub səni. Türkmənistandan gəlib soysuz biri hələ xalq artistindən, məndən şikayət eləyəcək. Belə təmizsən, çıxart doğum haqqında şəhadətnaməni göstər. Göstər ki, mən erməni deyiləm, biz də sənə inananaq. “ANS”ə qorxdun yazmağa, bildin ki, tumunun hansı sort olduğunu ortaya çıxararlar. Sən hələ bizə nəyisə sübut elə, ... bir adam ki, ev-eşiyi yoxdur, amma Şüvəlanda qeydiyyatdadır. Bu artıq şübhə altına alır, ay yazıq. Sənin tanışlığın burada keçməyəcək. Kabinetlərdə ömrünü çürüdən, bədbəxt, bizim əslimiz bilinir. Sən isə hələ havadasan. Nə yuvan var, nə yurdun. Get məhkəməyə ver, səndən üzr istəyən gərək sənin kimi ermənisifət olsun. Bu arzun ürəyində qalacaq".

Qeyd edək ki, müğənni Natavan Həbibi ona erməni dedikləri üçün xalq artisti Aygün Kazımovanı, prodüserlər Tolik və Zoriki məhkəməyə verib.