Tolqa Karel göz altına alındı

tolqa-karel-goz-altina-alindi
Oxunma sayı: 643

Tanınmış türkiyəli aktyor Tolqa Karel göz altına alınıb. 

"Qafqazinfo" "Hurriyet"ə istinadən xəbər verir ki, bir müddətdir ABŞ-da yaşayan aktyor ölkəyə dönər-dönməz hava limanında pasport yoxlanışı zamanı saxlanılıb. Buna səbəb isə aktyorun bir il əvvəl baş verən davada iştirak etməsidir. Məhkəmə onun şahid qismində ifadə verməsini tələb etsə də, prosesdə iştiak etməyib.

Aktyor açıqlamasında heç bir problemin olmadığını, ölkə xaricində olduğu üçün ifadə verə bilmədiyini deyibb: "İfadəmi almaq üçün məhkəməyə aparırlar".

Qeyd edək ki, Tolqa bu yaxınlarda ikinci dəfə ata olmuşdu.