Tom Kruz divara çırpıldı - Video

tom-kruz-divara-cirpildi
Oxunma sayı: 992

Məşhur aktyor Tom Kruz baş rolda oynadığı “Çətin tapşırıq - 6” filminin çəkilişləri zamanı zədələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəli epizodlarda dublyor istifadə etməyən 55 yaşlı aktyor bir banadan tullanma səhnəsində divara çırpılıb.

Aktyor dizindən xəsarət aldığı üçün çəkilişlərə fasilə verilib.

Qeyd edək ki, filmin 2018-ci ilin iyulunda nümayişə çıxacağı bildirilir.