Toni Adams Qəbələdə aldığı ləqəbi Britaniya mətbuatına açıqladı

toni-adams-qebelede-aldigi-leqebi-britaniya-metbuatina-aciqladi-
Oxunma sayı: 635

"Təxminən bir aydır vətənimdəyəm. Ailəm və dostlarım üçün çox darıxmışdım. "Qəbələ"dəki işlərim də yaxşı gedir. Son mövsüm komanda ilə uğur qazana bilmədim. Lakin gələn mövsüm çempion olmaqla Çempionlar Liqasında çıxış etmək istəyirik. Təsnifat mərhələsində "Arsenal"la da qarşılaşa bilərdik. Ancaq onlar mübarizəyə pley-off mərhələsindən qoşulacaqları üçün bu, bir qədər inandırıcı görünmür.

Qəbələdə mənim hər şeyim var. Orada olan gözəl gülləri iyləməkdən də həzz alıram. Ümumiyyətlə Azərbaycanda həyat çox maraqlıdır. Orada küçədən inəyin keçməsi də böyük maraq doğurur. Azərbaycanlılar çox emosionaldırlar. Elə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransında üzləşdiyi aqibət də bunun əyani göstəricisidir. Ancaq mən bu barədə danışmaq istəmirəm.

Bununla belə, azərilər öz mədəniyyətlərinə böyük hörmət bəsləyirlər. Hər cümə axşamı PAB-a gedərkən onlar məni özlərindən qabaq içəri buraxılar ki, bu da onların mədəniyyətlərindən irəli gəlir. Qəbələdə hər kəs məni "böyük boss" deyə çağırır.

Təbii ki, bu da mənim xoşuma gəlir. İngiltərəyə qayıdacağıma gəldikdə isə, yenə deyirəm mən "Arsenal"dan başqa heç bir klubda işləmərəm. Çünki, mən Azərbaycana getdikdən sonra təxminən 50-yə yaxın məşqçi İngiltərədə istefaya göndərilib".