Tonqoda yenidən güclü zəlzələ olub

tonqoda-yeniden-guclu-zelzele-olub
Oxunma sayı: 943

Tonqonun Sakit Okean sahillərində 5,6 bal gücündə yeni zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 18.24-də Xixifodan 95 km şimal-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, daha əvvəl 6,9 bal gücündə zəlzələ baş verib.