Top və halqa üzrə yarışların qalibləri bəlli olub - Fotolar

top-ve-halqa-uzre-yarislarin-qalibleri-belli-olub
Oxunma sayı: 985

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatında böyük gimnastlar arasında fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar davam edir.

“Qafqazinfo” "Azərtac"a istinadən xəbər verir ki, artıq iki alət – halqa və topla final yarışları başa çatıb. Halqa ilə final yarışında çıxış edən təmsilçimiz Zöhrə Ağamirova altıncı olub. Yarışın qalibi adını rusiyalı Dina Averina qazanıb. Belarus gimnasti Katarina Xalkina və israilli Nikol Zelikman ilk üçlüyü tamamlayıblar.

Topla yarışlarda da Rusiya gimnastları fərqləniblər. Arina Averina və Aleksandra Soldatova müvafiq olaraq fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Bolqarıstan gimnastı Boryana Kalein çempionatı üçüncü pillədə başa vurub.

Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.