“Topaz Premyer Liqasında 12 komanda iştirak edəcək” - PFL prezidenti

topaz-premyer-liqasinda-12-komanda-istirak-edecek
Oxunma sayı: 2245

Bu gün Azərbaycan çempionatının  1-ci divizionun püşkatma mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, 2017/18 mövsümünün püşkü atılıb. Tədbirdə PFL prezidenti Ramin Musayev jurnalistlərə növbəti mövsüm divizionla bağlı məlunatlar verib:

“Bu il 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq. Reqlamentə görə 1-ci dövrədəki püşkdəki qarşılaşmalar 3-cü dövrədə də təkrarlanacaq. Limitə bağlı onu deyə bilərə ki, 6 yerli, 2 legioner, 3 nəfər isə 21 yaşa kimi futbolçu çıxış edə bilər. Ötən il UEFA-dan məktublar aldıq. Bütün komandaların adı oyun-alqı satqısında hallanmışdı. Amma bu il elə olmayacaq. Hər oyuna nümayəndəmiz göndəriləcək. Danışıqların olduğu bəlli olsa, komandalar cəzalanacaq və oyunun nəticəsi ləğv ediləcək. Milli Məclisdə qərar qəbul edilib. Həmin klub rəhbərləri cinayət məsuliyyəti daşıyacaq və həbs ediləcək. Əgər bir də ölkənin adı UEFA-da oyun-alqı satqısına düşsə, 1 komandamız avrokuboklardan uzaqlaşdırıla bilər. Bu isə hamımız üçün ləkədi. Ona görə də diqqətli olun. Hüquq-mühafizə orqanları ilə danışıqlarımız olub. İlk məsuliyyəti klub rəhbəri daşıyacaq”.

Musayev “Bakılı”nın çemionatdan uzaqlaşdırılması ilə bağlı bunları deyib: “Bakılı” klubunun prezidenti Misir Əbilov müracət edib, divizionda iştirak etmək istəyib. Səbəb kimi ölkə xaricində az olduğunu göstərib. Dedi ki, özüm burada olmayacağamsa, istəmirəm ki, çempionata da komanda buraxım”.

O, həmçinin iranlı futbolçuların diviziondakı çıxışı ilə bağlı da danışıb. Onların əsgərlikdən yayınması ilə bağlı iddialara bu cür cavab verib:
“İranlıların Azərbaycanda oynayıb qayıtması onlara legioner futbolçu kimi baxırlar və onlara üstünlük verilir. Hər yerdən legioner futbolçu gələ bilər, amma iranlı olmaz? Bu İranla aramızda münaqişəyə səbəb ola bilər”.

“Şahdağ”ın Dağıstan çemionatı ilə bağlı fikirlərin absurd olduğunu deyən Ramin bəy yeni yaradılacaq "Region" liqası haqqında bunları bildirib:

“Demişəm ki, orada çıxış edəcək klublarda maraq yaransın deyə 30-40 min manat mükafat ayrılsın. Elxan Məmmədovla bu haqda danışdıq, o da təkliflə razılaşdı”. 

Sonda Musayev növbəti mövsüm Premyer Liqaya diviziondan 4 komandanın yüksələcəyini bildirib: Növbəti, elitaya 4 klub çıxacaq və Premyer Liqada 12 komanda iştirak edəcək. Nəticədən və imkanından asılı olaraq komandalar Premyer Liqada iştirak edə biləcək”.