“Toppuş bacı” uşaqları sevindirəcək

toppus-baci-usaqlari-sevindirecek
Oxunma sayı: 1363


“Qafqazinfo”nun məlumatına görə, “Toppuş bacı" iştirakı ilə martın 22-23-də Heydər Əliyev sarayında “Baharın nağılı” şənliyi keçiriləcək. Novruzun sevilən personajları Bahar qız, Kosa və Keçəlin iştirak etdiyi musiqili – tamaşada uşaqları bir çox başqa surprizlərdə gözləyir.

Qeyd edək ki, saat 12:00 –da başlayacaq şənliyin biletlərini şəhərin kassalarından əldə etmək olar. Biletlər 5 manatdan başlayır.