“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

toppus-baci-yeniden-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 5112

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, “Toppuş bacı” ləqəbi ilə tanınan aktrisa bu barədə özü sosial şəbəkədə məlumat verib. Sevənlərinin dualarına ehtiyacı olduğunu yazan Tünzalə axşam.az-a açıqlamasında onda yenidən bədxassəli şiş aşkarlandığını deyib:

“Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Yenidən xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm”.