Toqquşmalar zamanı 50 nəfər ölüb

toqqusmalar-zamani-50-nefer-olub
Oxunma sayı: 641

Mərkəzi Afrika Respublikasında bir-biri ilə mübarizə aparan silahlı qruplaşmalar arasında baş verən toqquşmalar nəticəsində 50-ə yaxın insan ölüb.

“Qafqazinfo” “Reuters”a istinadən xəbər verir ki, bu barədə Bria şəhərinin meri Moris Belikussu söyləyib.

“Deyə bilərəm ki, təxminən 50 nəfər həlak olub. 42 nəfərin cəsədi artıq xəstəxanaya daşınmışdır”,- deyə mer vurğulayıb.

Toqquşmalar Bria şəhərində baş verib. Merin sözlərinə görə, qonşu rayonlarda da cəsədlər var, onları hələki xəstəxanaya yerləşdirmək mümkün olmayıb.