Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 400-ə çatıb

torpaq-surusmesi-neticesinde-olenlerin-sayi-400-e-catib
Oxunma sayı: 637

Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 400-ə çatıb. Onlardan azı 60 nəfəri uşaqlardır. Hökumət qüvvələri hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna etmir.

Dağıntılar altında insanların qaldığı ehtimal olunur. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, artıq bir neçə gündür ki, aramsız yağışlar və kəskin hava şəraiti ölkə ərazisində tüğyan edir.