Torpaq üstündə dava qanla bitdi - 4 ölü, 2 yaralı

torpaq-ustunde-dava-qanla-bitdi
Oxunma sayı: 2572

Türkiyənin Bolu vilayətində torpaq üstündə mübahisə qanla bitib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Məlumata əsasən, insident Seben qəsəbəsinin Çeltikdərə kəndində qeydə alınıb. Kənd sakinləri arasında torpaq üstündə mübahisə yaranıb. Mübahisə davaya çevrilib və tərəflərdən biri özü ilə gətirdiyi ov tüfəngindən atəş açıb. Nəticədə Ayxan, Taşkın, Əminə və Zekiyə Böyüktopaç hadisə yerində ölüb. Soner və Mahmut Böyüktopaç isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkim nəzarətinə götürülən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polisə təslim olub. Onun dava zamanı ağır yaralandığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.