Torpaq üstündə qardaş qardaşı güllələdi

Torpaq üstündə qardaş qardaşı güllələdi
Oxunma sayı: 1430

Xızı rayonunda qətl törədilib. "Qafqazinfo" Lent.az-aistinadən xəbər verir ki, rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.
 
Bildirilir ki, iki qardaş arasında uzun müddət imiş, torpaq sahəsi üstündə münaqişə varmış. Dünən onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.
 
Hadisəni törədən şəxs tutulub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi