Torpaqdan istifadə üçün yeni qaydalar

torpaqdan-istifade-ucun-yeni-qaydalar
Oxunma sayı: 3865

Nazirlər Kabineti “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nı təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, forma “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” fərmanın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə olunub. 

Qəbul olunmuş formada iqtisadi əsaslandırılmanı təqdim edən subyekt barədə məlumat öz əksini tapmalı,  icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə informasıya tam göstərilməlidir.

Bundan başqa təsərrüfat fəaliyyətinin istiqamətləri, təsərrüfat fəaliyyəti nəticəsində əldə edilməsi proqnozlaşdırılan məhsuldarlıq göstəriciləri öz əksini tapmalıdır.